Polis avtomobildən 250 min dollar aparan şəxsləri AXTARIR

12:19 - 3 Sentyabr 2019 - HADİSƏ

Moskvanın şimalında 5 nəfər şəxs avtomobildən pul dolu çanta oğurlayıblar. Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cinayətkarlar Novaya Başilovka küçəsində park edilmiş “Volkswagen Polo” markalı avtomobilin şüşəsini sındıraraq içərisində 250 min dollar olan çantanı götürüblər. Bu barədə yerli DİN mətbuat xidmətinin saytında məlumat dərc olunub. Bundan sonra onlar “Nissan Cefiro” markalı maşına minərək hadisə yerindən qaçıblar.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri zamanı şübhəlilərin maşınını tərk edilmiş vəziyyətdə aşkarlayıblar.

Hadisə ilə bağlı cinayət işi açılıb. Axtarışlar davam etdirilir.

 

Namiq Musayev

Xəbər xətti