Xanımı ilə vidalaşmaq istəyən kişi hava limanında ŞOK yaşadı – Həbs, 13 min avro cərimə

11:59 - 3 Sentyabr 2019 - MARAQLI

Sinqapurda 27 yaşlı sərnişin aldığı biletdən istifadə etmədiyinə görə həbs olunub. Ucnoqta.az “The Sun”a istinadən xəbər verir ki, sərnişin, aeroportun tranzit ərazisinə düşmək və xanımı ilə vidalaşmaq üçün aviabilet alıb. Ancaq o, Sinqapur polisi tərəfindən saxlanılıb. Yerli qanuna görə, uçuş talonu əldə etmiş sərnişin yalnız səyahət etmək üçün tranzit zonaya girə bilər.

Hadisədən sonra yerli polis “Facebook” hesabından yaydığı məlumata qeyd edib ki, Çanqi hava limanının tranzit zonası mühafizə olunan ərazi elan olunub. “Əgər sərnişinlərin təyyarəyə oturmaq planları yoxdursa, onda infrastruktur mühafizəsi haqqında qanunun pozulmasına görə məsuliyyət daşıyırlar”.

İndi qanun pozucunu 2 il həbs və 13 min avro cərimə gözləyir.

 

Polis həmçinin bildirib ki, 2019-cu ilin yanvarından oxşar qayda pozuntularına görə 33 sərnişin məsuliyyətə cəlb edilib.

 

Namiq Musayev

Xəbər xətti