Avtomobil partladıldı: 16 ölü, 119 yaralı - FOTO

11:54 - 3 Sentyabr 2019 - HADİSƏ

Əfqanıstanın Kabil şəhərində minalanmış avtomobilin partladılması nəticəsində 16 nəfər həlak olub, 119 nəfər isə xəsarət alıb. Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış ötən gecə PD9 rayonunda, “Green Village” kompleksinin yaxınlığındakı bir neçə xarici şirkətin yerləşdiyi ərazidə baş verib. Bu barədə “TOLO News” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, ölənlərin əksəriyyəti mülki şəxslərdir.

Terror aktını “Taliban” hərəkatının radikal yaraqlıları öz üzərinə götürüb və bildiriblər ki,  onların hədəfi xarici qüvvələr olub.

 

Namiq Musayev

Xəbər xətti