Qubada motosiklet aşıb, xəsarət alanlar var

22:55 - 2 Sentyabr 2019 - HADİSƏ

Qubada motosiklet aşıb.

Hadisə Vladimirovka kəndində baş verib.

Qoşqulu motosiklet idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə motosikletdə olan Quba şəhər sakini, 1999-cu il təvəllüdlü Gülmurad Muradbəy oğlu Qasımov və Zərqova kənd sakini, 1999-cu il təvəllüdlüSahib Tağı oğlu Hacıbəyov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılara təcili tibbi yardım briqadasının həkimi tərəfindən ilkin tibbi yardım göstərilb və onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Gülmurad Muradbəy oğlu Qasımovun vəziyyəti ağır olduğundan o, stasionar müalicəyə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti