Sabirabadda "KamAZ"lar toqquşdu: bir ölü, bir yaralı

22:38 - 2 Sentyabr 2019 - HADİSƏ

Sabirabadda ağır yol qəzası baş verib.

Hadisə Sabirabadın Şəhriyar kəndi ərazisində qeydə alınıb.

"KamAZ" markalı yük maşını eyni markalı yük maşını ilə toqquşub.

Qəza nəticəsində rayonun Qaralı kənd sakini, 1985-ci il təvəllüdlü Səmidov Qədir Fazil oğlu və Ağcabədi rayonunun Hindarx kənd sakini, 1970-ci il təvəllüdlü Həmidov İlyas Məşğul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İ.Həmidov Sabirabad Rayon Mərkəzi Xəstəxanasına, Q.Səmidov isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Səmid Qədirov xəstəxanaya çatmamış yolda ölüb.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti