Gürcüstanın Baş naziri istefa verib

13:02 - 2 Sentyabr 2019 - DÜNYA

Gürcüstanın Baş nazir Mamuka Baxtadze istefa verib.

Bu barədə onun "Facebook" səhifəsindəki paylaşımında qeyd olunub. Bir qədər əvvəl Mamuka Baxtadzenin saat 15:00-da tok-şouda açıqlama verəcəyi deyilirdi.

Təsdiqlənməmiş məlumata görə, Giorgi Qaxaria Baş nazir vəzifəsində Mamuka Baxtadze ilə əvəz olunacaq və İrakli Qaribaşvili daxili işlər naziri vəzifəsinə qayıdacaq./trend

Xəbər xətti