Xaçmazda keçmiş məhkum narkotiklə saxlanıldı - FOTO

11:29 - 2 Sentyabr 2019 - HADİSƏ

Xaçmaz Xətt Polis Bölməsi əməkdaşları rayon sakinindən öz istifadəsi üçün əkdiyi çətənə kollarını aşkarlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, narkotik maddələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Ləcət kənd sakini, əvvəllər məhkum olunmuş Vilayət Həsənov saxlanılıb.

Şahidlərin iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsindən yaş çəkisi yeddi kiloqram 965 qram təşkil edən çətənə kolları aşkar olunub. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı V.Həsənov çətənə kollarını şəxsi istifadəsi üçün becərdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.


Xəbər xətti