İsmayıllıda kəlağayı sexində yanğın olub

22:11 - 1 Sentyabr 2019 - HADİSƏ

İsmayıllı rayonunun Basqal qəsəbəsində hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 300 m² olan kəlağayı sexinin içərisində dəzgahların ətrafına çəkilən şüşə pambıq üzlük 20 m² sahədə yanıb.

FHN-dən verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Xəbər xətti