Hacıqabulda maşın aşıb: bir uşaq ölüb, 3 nəfər xəsarət alıb

19:27 - 1 Sentyabr 2019 - HADİSƏ

Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistralının 123-cü kilometrliyində, Şirvan-Hacıqabul körpüsündən Qazax istiqamətinə gedən hissədə baş verib. Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Allahverdiyev Aydın Elman oğlunun sükanı arxasında olduğu “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı kiçik təzyiqli qaz xəttinə çırpılıb.

Hadisə zamanı sürücü və onun 1978-ci il təvəllüdlü həyat yoldaşı Allahverdiyeva Ruhiyyə İlyas qızı, övladları - 2007-ci il təvəllüdlü Xəyal Allahverdiyev və 2007-ci il təvəllüdlü Elvira Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən R.Allahverdiyeva həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır./report

Xəbər xətti