Şirvanda minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb

18:20 - 1 Sentyabr 2019 - HADİSƏ

Şirvanda avtomobil yoldan çıxaraq aşıb, xəsarət alanlar var. APA-nın məlumatına görə, hadisə 16.30 radələrində Şirvan-Salyan yolunda “Cənub ES”-in yaxınlığında qeydə alınıb.  “QAZ 31” markalı 10 MZ 862 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan 3 nəfərdən biri orta dərəcəli, iksi isə yüngül xəsarətlərlə Şirvan şəhər Xəstəxanasına çatdırılıb. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

Xəbər xətti