Bakıda ərəb otelə çağırdığı qadın tərəfindən qarət edilib

17:17 - 31 Avqust 2019 - HADİSƏ

Bakıda oğurluq hadisəsi baş verib. Hadisə Yasamal rayonunda qeydə alınıb.  Səudiyyə Ərəbistan vətəndaşı, 1992-ci il təvəllüdlü Alqatani Mahmud Yasamal Rayon Polis İdarəsinə bununla bağlı müraciət edib.  O bildirib ki, ötən gecə müştərisi olduğu Yasamal rayonunda yerləşən "Renaissance Palace Hotel"ə Fidan adlı qadını çağırıb. Qadın oteli tərk etdikdən sonra onun dəyəri 500 manat olan qol saatını oğurlayıb.  Hazırda qadın Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır. /report

Xəbər xətti