İsmayıllıda 22 yaşlı oğlanı elektrik cərəyanı öldürdü

16:14 - 31 Avqust 2019 - HADİSƏ

İsmayıllı rayonunda 22 yaşlı oğlanı elektrik cərəyanı öldürüb.       

Bədbəxt hadisə rayonun İvanovka kəndində baş verib. İlkin məlumata görə, sakin Jaben Aleksandr Nikolayeviç yaşadığı evdə elektrik naqilini təmir edərkən cərəyana toxunub və bu zaman ölüm halı baş verib.

Faktla bağlı araşdırma aparılır./qafqazinfo

Xəbər xətti