Ana səhifə
21 Sentyabr 2018

Sakinlərimiz torpaqlarına qayıdır

Ucnoqta.az” xəbər verir ki, cəbhə xətti olan Füzuli rayonunda sakinlərin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüş keçirilir, onların təklif və qayğıları dinlənilir. 
ANS PRESS-in məlumatına görə, növbəti səyyar görüş rayonun Əhmədbəyli kəndində keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib, dövlət başçısının vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının rayonda birmənalı olaraq diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O bildirib ki, Əhmədbəyli kəndinin işıq, su, qaz və digər sosial qayğıları tam həll olunub, kənddə torpaq islahatı həyata keçirilib.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib, onların təklif və şikayətləri rayon rəhbərinin göstərişi ilə yerində həll edilib, digərləri isə nəzarətə götürülüb.
Çıxış edən sakinlər rayonda aparılan abadlıq quruculuq işlərindən, eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması ilə əlaqədar dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasətdən öz razılıqlarını, bunun nəticəsində vətəndaşların rayona axınının artdığını bildiriblər.
A.Alıyev yekunda Prezident İlham Əliyevin Füzuliyə sonuncu səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşü zamanı dediyi sözlərin onun füzulililərə olan hörməti və ehtiramının təzahürü olduğunu vurğulayıb: "Son bir il səkkiz ayda ölkə başçısının rayonumuza 2 dəfə gəlməsi onun füzulililərə böyük inamının, füzulililərin Prezidentə böyük məhəbbətinin göstəricisidir."
O, rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, Əhmədbəyli kəndi ərazisində 340 şagird yerlik gimnaziya binasının tikildiyini, yaxın vaxtlarda isə yeni xəstəxananın təməlinin qoyulacağını söyləyib. 
Görüşdə rayonun idarə, müəssisə və hüququ mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak eediblər.

Tarix
11 Oktyabr 2014 [16:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin