İtaliyada Stromboli vulkanı yenə püskürüb

11:40 - 30 Avqust 2019 - DÜNYA

İtaliyanın Siciliya yaxınlığında yerləşən Stromboli vulkanı yenidən püskürməyə başlayıb.

Yerlı sakinlər partlayış səsini eşidiblər sonra isə vulkandan göyə kül və qumdan ibarət bulud qalxıb. Bir qədər sonra 20 dəqiqə interval ilə daha iki partlayış olub. Onlar da vulkanik maddənin püskürməsi ilə müşaiyət olunub.

Vulkanın qərb ətəyindən lava axaraq dənizə tökülüb. Lava axını bir neçə kilometr məsafədən görünür./trend

Xəbər xətti