Tramp Polşa səfərini təxirə salıb

09:02 - 30 Avqust 2019 - DÜNYA

ABŞ Prezidenti Donald Trampın Polşaya nəzərdə tutulan rəsmi səfəri Florida ştatının sahillərinə doğru yaxınlaşan “Dorian” qasırğasına görə təxirə salınıb.

Trend-in məlumatına görə, Varşavada ABŞ nümayəndə heyətinə rəhbərliyi vitse-prezident Mayk Pens edəcəkdir.
Qeyd olunub ki, qasırğa 2 sentyabr, çərşənbə axşamı günü Florida sahillərinə çatmalıdır.

Xatırladaq ki, D.Tramp Polşaya sentyabrın 1-də Varşavada keçiriləcək İkinci Dünya müharibəsinin başlanmasının 80-ci il dönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün səfər edəcəkdi.

Xəbər xətti