Səhiyyə Nazirliyi Qax rayonunun Turaclı kəndində özünə xəsarət yetirdiyi deyilən hamilə qadınla bağlı məlumat yayıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edən xəstənin başının müxtəlif nahiyələrində travmalar, boğazda boğulma izləri olub və xəstənin huşu özündə olmayıb. Müayinə zamanı qadının 2 aylıq hamilə olduğu müəyyən edilib.
Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu qayıdıb. Hazırda reanimasiya şöbəsindədir vəziyyəti orta-ağır stabil qiymətləndirilir.