Ana səhifə
17 Dekabr 2018

Alim Qasımov konsert verəcək - İranda

Azərbaycanın görkəmli muğam ustası Alim Qasımov Tehranda konsert verəcək.

 

 

Ucnoqta.az xəbər verir ki, trendin İranın Mehr agentliyinə istinadən verdiyi məlumata görə, konsert yanvar ayının 11-12-də Tehranın Vəhdət sarayında baş tutacaq.
Məlumata əsasən, Alim Qasımovun ifasında Azərbaycan muğamları və xalq mahnıları səslənəcək. Sənətçi qızı, Əməkdar artist Fərqanə Qasımova ilə birgə çıxış edəcək. Alim Qasımovu konsertdə simfonik orkestr müşayiət edəcək.
Qeyd edək ki, Alim Qasımov 2014-cü ilin may ayının 13-də Tehranın Milad sarayında konsert vermişdi və konsert çox böyük coşqu ilə qarşılanmışdı.
Alim Qasımov bundan öncə İranda 1992, 2002 və 2006-cı illərdə konsert verib.

Tarix
3 Yanvar 2015 [12:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin