Qusarda xəstə təcili tibbi yardım avtomobilində ölüb

08:28 - 25 Avqust 2019 - HADİSƏ

Qusarda xəstə təcili tibbi yardım avtomobilində ölüb. "Report"-un verdiyi məlumata görə, hadisə rayonunun Hil kəndində qeydə alınıb. Belə ki, kənd sakini Kamran Ələsgərovun səhhətinin pisləşməsi ilə əlaqədar təcili tibbi yardıma müraciət edilib. Kamran Ələsgərov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti