Xaçmazda 15 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb- qaz xətti zədənib

12:49 - 24 Avqust 2019 - Xəbər

Bu gün səhər saatlarında Xaçmaz rayonunda Qusarçay istiqamətində qaz xəttini texnika ilə zədələyiblər.

"Azəriqaz" İstehsalat Birliyindən Ucnoqta.az-a verilən məlumata görə, nəticədə 15 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Hadisənin səbəbləri araşdırılır və əhalinin qazla təminatı üçün təxirəsalınmaz tədbirlər görülür.

Xəbər xətti