Erməni hərbi maşını aşdı: 11 yaralı

12:04 - 23 Avqust 2019 - Xəbər

Ermənistanın Tavuş vilayətinin Baqanis kəndi yaxınlığında hərbçiləri daşıyan "QAZ 66" yük maşını aşıb.

Məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiq edib. Nazirliyin mətbuat katibi Artsrun Hovannisyan “Facebook” səhifəsində bildirib ki, qəza zamanı hərbçilərdən heç biri ciddi xəsarət almayıb.

Nazirlik hadisənin təfərrüatı barədə məlumat verməyib.
Bununla belə, Ermənistan mətbuatının yazdığına görə, maşında 11 hərbçi olub. Hərbçilərin bəziləri aşan maşından özləri çıxıb, digərlərinə isə yoldaşları və xilasedicilər kömək ediblər./Oxu.az

Xəbər xətti