Ana səhifə Mobil versiya
21 Sentyabr 2019

Elxan Şahinoğlu: “Ermənistanla bütün sərhədboyu düşmənin problemlərini artırmalıyıq”

“Ermənistan Naxçıvan və Qazaxdakı təpələrin əldən verilməsi fonunda Azərbaycanla sərhəddin bütün istiqamətinə diqqətini daha da artırmaq məcburiyyətində qalıb”

“Ermənistan hökuməti Müdafiə Nazirliyinə əlavə 4 milyon 550 min dollar ayırıb. Artımı belə izah ediblər ki, ayrılan maliyyə hərbi xidmətin keyfiyyətinin artırılmasına xidmət edəcək”. Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Ermənistanın 2019-cu ildəki hərbi büdcəsi 530 milyon dollardır, bu 2018-ci ilin eyni göstəricisindən 13 faiz çoxdur:
“Baş nazir Nikol Paşinyan ordudakı vəziyyətdən narazıdır, hakimiyyətdə olduğu bir ildə istədiyinə nail ola bilməyib. Paşinyanın orduya son maliyyə yardımının ayrılmasına Azərbaycan tərəfə keçən fərari olayı təsir edib. Avqustun 12-də cəbhənin Füzuli rayonu istiqamətində erməni hərbi qulluqçu Aqo Kazaryan işgəncələrə dözməyərək bölmələrimizə təslim oldu. Üstündən düz 1 həftə keçdikdən sonra, yəni avqustun 19-da Paşinyan hərbi xidmətin keyfiyyətinin artırılması məqsədilə orduya maliyyəni artıracağını bildirdi”.

Elxan Şahinoğlu qeyd edir ki, bu ikisi arasında birbaşa əlaqə var: “Mümkündür ki, Paşinyan gizli şəkildə son olayın araşdırılmasına da təlimat verib ki, bu biabırçı olay bir daha təkrarlanmasın. Çünki oxşar olay yenə təkrarlanarsa bu Paşinyanın erməni cəmiyyətində nüfuzuna növbəti zərbə olacaq.
Ermənistan hərbi xərclərdə Azərbaycanla ayaqlaşa bilmir. Bu mümkün deyil. Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamına bərabərdir və Ermənistan ordusunun 4.5 milyon dollarla uzağa gedə bilməyəcəyini Paşinyan da anlayır. Buna baxmayaraq, Paşinyan imkan daxilində bir neçə hərbi kazarmanı təmir etdirir, orduda ərzaq təminatını dəyişməyə çalışır. Ancaq bütün bunları davamlı hala gətirmək üçün Paşinyana yüz milyonlara dollar lazımdır. Onun isə 4-5 milyon dollara gücü çatır”.

Elxan Şahinoğlu Ermənistanın hərbi yükünün böyük olduğunu qeyd edir: “İran və Türkiyə sərhəddini Rusiyaya tapşırıblar, ancaq bununla iş bitmir. Ermənistan Dağlıq Qarabağdakı hərbi işğalına pul xərcləməyə davam etməklə yanaşı Naxçıvan və Qazaxdakı təpələrin əldən verilməsi fonunda Azərbaycanla sərhəddin bütün istiqamətinə diqqətini daha da artırmaq məcburiyyətində qalıb. Bu da əlavə maliyyə tələb edir. Ona görə də biz Ermənistanla bütün sərhədboyu düşmənin problemlərini artırmalı, onu bu işlərə daha çox maliyyə xərcləməyə məcbur etməliyik”.

 

Tarix
23 Avqust 2019 [11:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-23 11:35:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin