Taxta bazarındakı yanğına görə "Baksol" yolu bağlanıb- Foto

16:38 - 22 Avqust 2019 - Xəbər

“Baksol” yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik.

Xəbər xətti