Tərtərdə 2 yaşlı uşağı elektrik cərəyanı vurub

12:44 - 22 Avqust 2019 - HADİSƏ

Tərtər rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Azad Qaraqoyunlu kəndində qeydə alınıb. Kənd sakini, 2017-ci il təvəllüdlü Xəlilzadə Üzeyir Fədail oğlu həyətyanı sahədə quraşdırılmış işlək vəziyyətdə olan su nasosu ilə oynayıb. Nəticədə elektrik cərəyanı azyaşlını vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti