Ana səhifə Mobil versiya
21 Sentyabr 2019

DİN: Ucarda hər hansı qeyri-adi məxluqa rast gəlinməyib

Rəsmi qurumlar Ucar rayonunun Qaradağlı icra nümayəndəliyinə daxil olan Çini kəndində bədheybətin peyda olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupunun rəhbəri Toğrul Nəsirli APA-nın yerli bürosuna bildirib ki, polis əməkdaşları ərazidə xidmət aparırlar: “Analoji hadisələr qonşu Ağdaş və İsmayıllı rayonlarında da baş vermişdi. Bu vaxta qədər heç bir qeyri-adi məxluqa rast gəlinməyib. Narahatçılığa heç bir əsas yoxdur. Bütün bunlar reallıqdan kənar bir məsələdir”.

Ucar Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Zeynalov APA-ya açıqlamasında bu vaxta kimi kənddə belə bir hadisənin baş vermədiyini deyib: “Bütün bunlar sadə insanlar arasında yayılan söz-söhbətdir. Kənddə heç bir qeyri-adi məxluq yoxdur və heç kəsə bu vaxta kimi ziyan dəyməyib. Kənd sakinləri arasında yayılan bu söz-söhbətlər reallığı əks etdirmir”. 

Tarix
22 Avqust 2019 [11:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-22 11:47:48
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin