Məhərrəm Qurbanov vəfat etdi

18:15 - 21 Avqust 2019 - Xəbər

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib.

O, bu gün 60 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Məhərrəm Qurbanov 2 gün öncə beyin insultu keçirdiyi üçün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, M. Qurbanov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb. Saysız-hesabsız tamaşalarda müxtəlif obrazlar canlandıran sənətkar "Qız qalası", "Ərazi", "Ayrılıq imiş", "Axırıncı yol", "Son nəfəsədək" və s. filmlərdə rol alıb. /qafqazinfo

Xəbər xətti