Ana səhifə
24 Yanvar 2018

Azərbaycan məmurları gəmi alıb – Türkiyədə

İstanbulda açılan Beynəlxalq “Boatshow”da bu il satış rekordu qırılıb. Sərginin ilk 3 günündə qiymətləri 12 min türk lirəsi ilə 3 milyon avro arasında dəyişən 98 gəminin satıldığı bildirilir. 
 

 

Ucnoqta.az Azadlıq qəzetinə istinadən xəbər verir ki, alıcılar arasında ən çox Türkiyə, Iran, Rusiya, Iordaniya və Azərbaycan vətəndaşları olub. 3 gəmi isə suriyalı işadamlarına satılıb.

Qəzet yazır ki, Azərbaycan reallığında dəbdəbəli villalarda yaşamaq, bahalı maşınlar, yaxtalar almaq yalnız məmurlara xas olan cəhətdir: “Azərbaycanda hətta şəxsi təyyarələri olan məmurlar da var. Ona görə də istisna deyil ki, Istanbulda satılan yaxtaların azərbaycanlı müştəriləri də məmurlar olub və güman ki,  yaxtalar onların yaxınlarının adına qeydiyyata alınıb ki, məsələnin üstü açılmasın. Redaksiyamıza məsələ ilə bağlı daxil olan məlumatlar da belə deməyə əsas verir. Bəzi dəqiqləşdirmələr apardığımızdan əldə etdiyimiz məlumatları təqdim etmirik”. 

 

Tarix
3 Oktyabr 2014 [10:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ