Ana səhifə Mobil versiya
21 Sentyabr 2019

Siyəzəndə avtomobil qəzası olub, 8 nəfər yaralanıb

Siyəzəndə 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Siyəzən Rayon Polis Şöbəsindən "Report"a verilən məlumata görə, rayonun Eynibulaq kənd sakini, 1994-cü il təvəllüdlü Mirnağı Həşimovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Siyəzən şəhər sakini, 1978-ci il təvəllüdlü Seymur Quliyevin idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Nəticədə, ümumilikdə,  8 nəfər xəsarət alıb. Onlar Siyəzən Regional Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar.

Yaralılardan 6-nın xəsarəti yüngül olduğundan ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. "VAZ 2107"nin sürücüsü M.Həşimovun və sərnişininin xəsarətləri ağır olduğundan mərkəzə yerləşdiriliblər.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
21 Avqust 2019 [10:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-21 10:46:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin