Putin və Makron Qarabağ münaqişəsindən danışıblar

21:41 - 20 Avqust 2019 - DÜNYA

Rusiya və Fransa prezidentləri - Vladimir Putin və Emmanuel Makron Breqansonda keçirilmiş görüşün gedişatında regional münaqişələri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, qeyd edib ki, dövlət başçıları arasındakı danışıqlar dolğun, konstruktiv və etibarlı olub.

Mətbuat katibi qeyd edib ki, görüşdə çoxsaylı dövlətlərarası problemlərə - Balkan yarımadasındakı, habelə Dağlıq Qarabağ münaqişəsinə, eləcə də digər münaqişələrə toxunulub.
Dövlət başçıları iqlim dəyişikliyi üzrə danışıqlara kifayət qədər ciddi yanaşıblar. Görüşdə o cümlədən Arktikanın mənimsənilməsi diqqət mərkəzində olub.

Liderlər müzakirələrin gedişatında ikitərəfli məsələlərə də toxunublar. 

Xəbər xətti