Putini təhqir edən jurnalist işdən qovuldu

20:28 - 20 Avqust 2019 - Xəbər

Gürcüstanın “Rustavi 2” telekanalı bir neçə jurnalisti işdən çıxarıb.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, onların arasında Rusiya prezidenti Vladimir Putini təhqir edən jurnalist Georgi Qabuniya da var. Bundna başqa teleşirkətin informasiya şöbəsinin direktoru Nodar Meladze də işdən çıxarılıb. Məzuniyyətdən sonra isə daha bir neçə əməkdaşın ixtisar ediləcəyi bildirilib.

Xatırladaq ki, Georgi Qabuniya kanalın canlı efirində Putini və valideynlərini təhqir etmişdi.

Xəbər xətti