Bakıda İYRƏNC ƏMƏL: gənclər 13 yaşlı oğlanı zorladılar

16:04 - 19 Avqust 2019 - HADİSƏ

Ötən şənbə günü Bakının Yasamal rayonunda pedofiliya faktı qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat veriblər. 13 yaşlı oğlan uşağının anası faktla bağlı polisə xəbər verib.

Şikayətlə müraciət edən qadın bildirib ki, Murad və Rəsul adlı gənclər avqustun 14-dən 17-dək oğlunu Mirzəağa Əliyev küçəsində yaşayış evlərinin söküntüsünün aparıldığı əraziyə apararaq zorlayıblar.
26-cı Polis şöbəsinin əməliyyatçıları zor tətbiq edən şəxslərin aşkar edilməsi istiqamətində iş aparırlar.

Faktla bağlı hələ heç kəs saxlanılmayıb.

Xəbər xətti