Sabah 3 rayonda qaz olmayacaq

17:58 - 16 Avqust 2019 - Xəbər

Avqustun 17-si saat 10:00-dan etibarən Göyçay, Ucar, Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı 2 gün müddətinə dayandırılacaq. 

 “Azəriqaz” İstehsalat Birliyindən Ucnoqta.az-a verilən məlumata görə, bu vaxt ərzində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin 163-ci km-də yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri aparılacaq.

Xəbər xətti