Yaxşı üzməyi və suda qalmağı bacaran insanlar başa düşə bilmirlər ki, sahildə necə boğulmaq olar?!
Sahildə ölən turistlər haqda çoxsaylı xəbərlərə qulaq asanda ilk təəssürat yaranır ki, ya onlar üzməyi bilmirdilər, ya da sərxoş olublar. Səbəb isə tamam başqadır. Söhbət təhlükəli sahil sualtı axınlarından gedir. Bu axınlar, demək olar ki, bütün su hövzələrində var; Meksika körfəzində də,Qara dənizdə də, Xəzərdə də...
Bəzən, bu axınlarla nəinki, adi adamlar, ən yaxşı üzgüçülər belə bacarmırlar. Çünki, axına düşdükdə nə etməli olduqlarını bilmirlər. Hər şey gözlənilmədən baş verir. Dənizdən üzü sahilə üzdüyünüz zaman, bir də görürsünüz ki, heç nə alınmır, eyni yerdən kənara çıxa bilmirsiniz. Hətta, sahildən uzaqlaşdığınızı hiss edirsiniz. Bütün səyləriniz əbəs olur, gücünüz tükənir.
Panikaya düşürsünüz və sonda boğulma baş verir.
Ətraflı aşağıdakı videodan tanış ola bilərsiniz: