Hindistan və Pakistan ordusu arasında ATIŞMA: 8 əsgər ölüb

17:49 - 15 Avqust 2019 - DÜNYA

Kəşmir nəzarət xəttində Pakistan və Hindistan ordusu arasında atışma olub.

APA-nın xəbərinə görə, bu barədə Pakistan Müdafiə Nazirliyinin mətbuat katibi general mayor Asif Qafur “Twitter” səhifəsində məlumat verib. Atışma nəticəsində 3 Pakistan əsgəri və 5 Hindistan əsgəri həlak olub.

A.Qafur gün ərzində mütəmadi olaraq atışmanın davam etdiyini qeyd edib.

Xəbər xətti