Bakıda toyda dava, 2 nəfər bıçaqlandı

09:34 - 15 Avqust 2019 - HADİSƏ

Bakıda toyda 2 nəfər bıçaqlanıb.

Hadisə Binəqədi rayonu, 9cu mikrorayon ərazisindəki "Üzeyir" şadlıq evinin həyətində baş verib. Toyda baş verən dava zamanı 2 nəfər bıçaq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Səhiyyə Naziliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 57 yaşlı kişi sağ bazunun kəsilmiş yarası, 24 yaşlı kişi isə üzün və döş qəfəsinin arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə KTM-ə aparılıblar.

Xəbər xətti