Xaçmaz sakini ehtiyatsızlıqdan qonşusunu güllələyib

13:24 - 14 Avqust 2019 - HADİSƏ

Xaçmaz sakini qırma yarası alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 12-də Xaçmaz rayonu Yeni Həyat kəndində yaşayan R.Kamilov sağ və sol baldır nahiyəsindən qırma yaraları ilə xəstəxanaya gətirilib.

Araşdırmalar zamanı R.Kamilovun xəsarəti qonşusu Q.Binaliyevın yaşadığı evin həyətində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən alması müəyyən edilib.
Görülmüş tədbirlərlə Q.Binaliyev saxlanılıb və ondan müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti