Ana səhifə Mobil versiya
17 Sentyabr 2019

Ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlanılıb

Bu gün səhər saatlarından etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) Qurban bayramı ilə əlaqədar bütün ət kəsim məntəqələrində dezinfeksiya işlərinə başlayıb.

Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib.

V.Hüseynov bildirib ki, dünən axşam çadır tipli kəsim məntəqələri sökülüb, ərazi icra hakimiyyətlərinin müvafiq qurumları tərəfindən tullantılardan təmizlənib:
“Ərazilər təmizlənəndən sonra bizə təhvil verilib və artıq bu gün səhər saatlarından AXA-nın texnikası dezinfeksiya işlərinə cəlb olunub. Hazırda Xətai rayonunda yerləşən ət kəsim məntəqələrində dezinfeskiya işləri aparılır. Növbəli şəkildə bu günün sonuna qədər bütün ərazilərdə dezinfeksiya işləri yekunlaşacaq. Bu işlər ödənişsiz həyata keçirilir”.

Qeyd edək ki, Qurban bayramı günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi vətəndaşların ixtiyarına verilmişdi./trend

 

Tarix
14 Avqust 2019 [11:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-14 11:14:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin