Ana səhifə Mobil versiya
20 Sentyabr 2019

Nazir polkovniki işdən çıxardı

Nazir DYP-də daha bir islahat aparıb

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsində daha bir islahata imza atıb. Nazirin əmri ilə Baş DYP İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, Müşfiq Rəhimovdan əvvəl onun rəisi, polkovnik Mübariz Şahbazov da işdən çıxarılıb. Mübariz Şahbazov Qİİ-nin rəisi olmaqla yanaşı həm də Baş DYP İdarəsinin rəis müavini idi. Onun yerinə Texniki Şöbənin rəisi, polkovnik-leytenant İlham Rəcəbov təyin edilib./avtosfer

Tarix
13 Avqust 2019 [17:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-13 17:16:12
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin