Ana səhifə
21 Noyabr 2018

Biləsuvarda atadan tükürpədici əməl - Yenilənib

Bu gün Biləsuvar rayonu Bağbanlar kəndində dəhşətli qətl hadisəsi baş verib.

 

 

Ucnoqta.az xəbər verir ki, Bu barədə “Qafqazinfo”ya məlumat Biləsuvardan daxil olub. Məlumata görə, təxminən iki saat əvvəl kənd sakini Tofəddin Hacıyev ailə münaqişəsi zəminində öz qızının başını kəsərək qətlə yetirib. Hazırda Rayon polis şöbəsinin əməkdaşları hadisə yerində əməliyyata başlayıb.

 

Hadisə haqqında ətraflı məlumat verəcəyik.

 

***

 

Əldə etdiyimiz məlumata görə, qətlə yetirilən Aidə Hacıyevanın 26 yaşı var və bir uşaq anası olub. Tofəddin Hacıyev  artıq saxlanılıb.

 

***

 

Hazırda rayonun polis rəisi və prokuroru hadisə yerindədir.

 

***

 

Hadisənin təfərrüatlarını da əldə etmişik. Məlumata görə, Qurban bayramı ərəfəsində ata boşanmış qızının həmkəndliləri olan bir oğlanla münasibətindən xəbər tutur. Oğlanı qızın yanında tutaraq möhkəm döyür və onu başından ağır yaralayır. Yaralı oğlan Bakıda xəstəxanaya yerləşdirilib və hazırda müalicə alır. Bakıda işləyən Tofiəddin dünən kəndə qayıdaraq bu hadisəyə görə qızının da başını kəsir.

Tarix
11 Oktyabr 2014 [14:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin