Sumqayıtda yanan mebel sexi söndürülüb – Foto (Yenilənib)

20:20 - 10 Avqust 2019 - HADİSƏ

Sumqayıt şəhəri, 18-ci mikrorayonda mebel sexində yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən ilkin məlumata əsasən, Nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 1000 m² olan mebel sexi yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Əlavə məlumat veriləcək.​

17:24

Sumqayıtda mebel sexi yanır.


“Report”un məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində baş verib.
Hazırda yanğın davam edir.


Xəbər xətti