“Qarabağ" - APOEL oyununa nə qədər bilet satılıb?

"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə Bakıda keçirəcəyi cavab oyunu üçün satılan biletlərin sayı bəlli olub. Klubun mətbuat katibi Nurlan İbrahimovun "Report"a verdiyi məlumata görə, qarşılaşma üçün 15 min bilet satılıb.  Matç üçün ən ucuz bilet 2 manatdır. Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək mümkündür. Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq. Kiprdəki ilk qarşılaşmada "Qarabağ" qələbə qazanıb - 2:1. 
Tarix
10 Avqust 2019 [14:09]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-08-10 14:09:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin