Şəmkirdə 65 yaşlı kişini avtomobil vurub öldürüb

10:06 - 10 Avqust 2019 - HADİSƏ

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndinə gedən yolda qeydə alınıb. Belə ki, kənd sakini, 65 yaşlı Hüseyn İsaq oğlu Məmmədov yaşadığı evin qarşısından yolu keçmək istəyərkən Şəmkir rayon sakini Rövşən Məzahir oğlu Məmmədovun idarə etdiyi "VAZ-21013" markalı avtomobillə vurulub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisəni törədən sürücü saxlanıb.

Faktla bağlı Şəmkir RPŞ-də araşdırma aparılır.

Xəbər xətti