"BakuBus"un avtobusu avtomobillərlə toqquşub, xəsarət alan var - FOTO

14:36 - 9 Avqust 2019 - HADİSƏ

Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub.

Hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib. Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən "BakuBus" avtobusu 2minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır./report


Xəbər xətti