Bakıda 28 yaşlı gənc damarlarını kəsib

08:57 - 9 Avqust 2019 - HADİSƏ

Bakının Xətai rayonunda 28 yaşlı gənc biləklərini kəsərək intihara cəhd edib.

Hadisə X.Məmmədov küçəsində baş verib. 28 yaşlı Ağaməmmədov Pünhan Malik oğlu yaşadığı evdə damarlarını kəsərək intihara cəhd edib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona hər iki biləyin kəsilmiş yarası diaqnozu qoyulub və təcili olaraq cərrahi əməliyyat edilib.

Hadisənin hansı səbəbdən baş verməsi Xətai Rayon Polis İdarəsində araşdırılır./oxu.az

Xəbər xətti