Yevlaxda 4 yaşlı uşağı avtomobil vurub

21:33 - 8 Avqust 2019 - HADİSƏ

Yevlax rayonunda azyaşlını avtomaşın vurub.

Avtoqəza rayonun Qaroğlan kəndində baş verib. Belə ki, kənd ərazisində toy məclisinə gələn qonaqlardan birinə məxsus “Ford” markalı avtomobil manevr zamanı 2015-ci il təvəllüdlü Kərimov Pünar Anar oğlunu vurub. Xəsarət almış azyaşlı təcili xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır./Apa

Xəbər xətti