Zaqatala - Bərdə marşurutu üzrə işləyən mikroavtobus "Prado" markalı avtomobillə toqquşub.
Hadisə Zaqatalanın Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Hadisə nəticəsində mikroavtobusda olan Balakən rayon Qullar kənd sakini 1976-cı il təvəllüdlü Doldolova Təranə Mənsur qızı xəsarət alıb. Yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo