"Renault" zavodunda yanğın - Fəhlə yandı

11:36 - 8 Avqust 2019 - HADİSƏ

Fransanın "Renault" avtomobil istehsalı zavodunda yanğın olub.


Yanğın zavodda avtomobillərin rənglənməsi üçün olan kameranın içərisində təmir işləri aparılarkən baş verib.

Məlumata görə, yanğın zamanı 58 yaşlı əməkdaş 3-cü dərəcli yanıq xəsarətləri alıb. Yaralı Mets şəhər xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib.

Hadisə yerinə dərhal yanğınsöndürənlərin cəlb edilməsi yanğının bütün zavod ərazisinə yayılmasının qarşsını alıb./trend

Xəbər xətti