Bakı-Sumqayıt yolunda baş verən qəzanın TƏFƏRRÜATLARI

10:52 - 8 Avqust 2019 - HADİSƏ

Bu gün səhər saat 06:30 radələrində Xırdalan dairəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

 Bakı Nəqliyyat Agentliyində hadisə ilə bağlı müvafiq araşdırma aparılıb. Zəncirvari qəzada zərər görən 199 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı şirkət "Xaliq Faiqoğlu" MMC-dən verilən məlumata görə qəza 525 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun işçiləri daşıyan servis avtobusuna dəyməsi nəticəsində baş verib.

Həmin vaxt ərazidən keçən 199 nömrəli müntəzəm marşrut xətt üzrə avtobusun sürücüsü qəzadan yayınmaq üçün manevr etsə də nəqliyyat vasitəsi sürüşərək Niva markalı avtomobilə dəyib. Niva isə digər minik avtomobilinə dəyib.

Qəza nəticəsində servis avtobusundakı sərnişinlərdən bir neçəsi xəsarət aldığı bildirilir.

Agentlik bir daha bütün hərəkət iştirakçılarına, xüsusən də sürücülərə ehtiyatlı olmağı tövsiyə edir./trend

 

Xəbər xətti