Ana səhifə
13 Noyabr 2018

Rövnəq Abdullayev neftçilərə ev payladı - FOTOLAR

Bu gün Lökbatan qəsəbəsindəki Bünyadzadə və 28 May küçələrində inşa edilmiş beş yeni yaşayış binası istifadəyə verilib.

 

 

Ucnoqta.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Tədbirdə edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ölkədə uğurla davam etdirilən tərəqqi və inkişaf strategiyasının ölkəmizə möhtəşəm qələbələr bəxş etdiyi bildirib. Qeyd edib ki, neftçilərin sosial problemlərinin həlli hər zaman diqqət mərkəzində olan məsələlərdəndir və bu sahədə mühüm tədbirlər həyata keçirilir. O, neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdiyini, Qaradağ rayonun Sahil qəsəbəsində inşa edilən yaşayış binasının tikintisinin artıq başa çatmaq üzrə olduğunu, eləcə də, paytaxtın digər qəsəbələrində də yeni binaların inşasının nəzərdə tutulduğunu söyləyib.

 

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov öz nitqində açılış mərasimində iştirak edən yeni mənzil sahiblərini təbrik edib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə digər bölgələrimiz kimi Qaradağ rayonununda inkişaf etdiyi, hər bir qəsəbədə abadlıq işləri geniş vüsət alıb”. Bildirib ki, müvafiq Dövlət Proqramları çərçivəsində yaradılan infrastruktur hər bir vətəndaşın rahat yaşaması üçün şərait yaratmışdır.

 

Daha sonra binaların açılışını bildirən rəmzi qırmızı lent kəsilib.

 

Yeni mənzil sahiblərinə, neftçilərə mənzillərin açarları və orderləri təqdim edilərək onların hər birinə yeni evlərində firavan həyat arzulanıb.

 

Qeyd edək ki, qəsəbənin Bünyadzadə küçəsi, 7 ünvanında yerləşən 9 mərtəbəli bina 64 mənzildən ibarətdir. 28 may küçəsindəki dörd 9 mərtəbəli binada isə ümumilikdə 27 birotaqlı, 97 ikiotaqlı, 97 üçotaqlı və 27 dördotaqlı mənzillər var. Binalar su, elektrik və təbii qazla təchiz edilib. Hər bir mənzil tam təmirli mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub, binaların həyətlərində istirahət guşəsi yaradılaraq, ətraf abadlaşdırılıb. AzNews.az

Tarix
11 Oktyabr 2014 [14:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin