İmişlidə yol qəzası baş verib

18:41 - 7 Avqust 2019 - HADİSƏ

İmişli rayonunda avtomobil qəzası baş verib.


Hadisə rayonun Muradxanlı kəndi ərazisində baş verib.

Belə ki, İmişli sakini, 1990-cı il təvəllüdlü Kərimov Əziz Eldar oğlu idarə etdiyi 10-FS-140 dövlət nömrə nişanlı "VAZ-2104" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil işıq dirəyinə çırpılıb.

Qəza zamanı elektrik naqili maşının üzərinə düşüb və yanğın baş verib. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobil yanaraq yararsız hala düşüb./report

Xəbər xətti