Bərdədə silsilə oğurluq edən şəxslər saxlanılıb

15:53 - 7 Avqust 2019 - HADİSƏ

Bərdə rayon ərazisindəki 4 evdən evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və və Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 11-dən avqustun 5-dək olan müddətdə rayon ərazisindəki 4 evdən pul, qızıl əşyalar, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Şahbazov və əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıblar.

Xəbər xətti